“Azinvest” İnşaat şirkəti işlətdiyi fəhlələrin pulunu vermir: Vətən Savaşının Qazisi NARAZILIQ EDİR – VİDEObackend

“Azinvest” İnşaat şirkəti işlətdiyi fəhlələrin pulunu vermir: Vətən Savaşının Qazisi NARAZILIQ EDİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azinvest İnşaat” QSC-nin rəhbəri, Azad Rəhimovun bacısı oğlu Qazi Teymur Teymurov, Qazini ölümlə təhdid edir.  

Azerbaycanrealigi.com xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 10 saylı sanatoriya tipli internat məktəbinin tədris və yataqxana korpuslarının əsaslı təmiri, idman və akt zallarının, 2 ədəd su anbarının və açıq idman meydançasının tikintisini icra edən fəhlələrin ödənişləri verilmir. Onlar əmək haqlarnı tələb edəndə şirkət rəhbərləri müxtəlif məmurlar adı çəkərək onlara hədə qorxu gəlib ailə və uşaqları ilə təhdid edirlər.

Fəhlələr bildirir ki, sözü gedən ərazidə iş başlayanda iş icraçılarının hamısı ucuz maşınlarda gəzirdilər, amma iş başa çatanda hamısı bahalı xarici avtomobillərdə gəzirlər. Amma fəhlənin əziyyətlə qazandığı əmək haqqını vermirlər. Sonda fəhlələr sosial vəziyyətlərinin ağır olduğunu bildirərək ölkə başçısı və onun xanmına üz turaraq kömək istəyiblər.

Sözü gedən video görüntnü təqdim edirik: