“AZƏRTÜRKBANK”DAN MÜŞTƏRİYƏ FAİZ FIRILDAĞI – ŞİKAYƏTbackend

“AZƏRTÜRKBANK”DAN MÜŞTƏRİYƏ FAİZ FIRILDAĞI – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzərTürkbank”ın müştərisi Xəlil Abdullazadə şikayətçidir. TİA.Az xəbər verir ki, o, sözügedən bankdan kredit götürüb. Şikayətçinin sözlərinə görə, bankdan borcunu öyrənmək istəyib:
“Deyirlər 181 manat xx qəpik. Sistemdə niyə 239 manat göstərir bəs? Dedilər ki, siz əlavə ödəmisiniz ehtiyat pul kimi saxlanılır sistemdə göstərmir. Axşam düşüb 182 manat ödəniş etmişəm.
Bu gün zəng edirəm deyir 182 manat 9 qəpik borcunuz var. Bəs günə faiz gəlir, kredit ödəniş vaxtı bu gün idi. Operatorla danışdığım vaxtda əlavə 1 manat da ödədim.
Dedim daha borcum qalmadı ki? Deyir sorğu göndərək sizin borcu tam ödədiyiniz qeydiyyata alsınlar. Dedim yaxşı, bayaq girib borcuma baxıram hələ də borc görünür. Zəng etmişəm ki qardaş mənə nə zəng edən olub nə də borcumu tam silən. Deyir sorğunuza sabah cavab verəcəklər, mənim səlahiyyətimdə deyil ancaq sorğuları qəbul edirəm..
Sual – niyə mən borcu tam ödədiyim halda sizi gözləməliyəm ki mənim kreditimi bağlayasınız? 239 manat borc görünür ,183 manat ödənişimi etmişəm .əlavə də ehtiyatda 57 manatım var.
Cavabınızı gözləmək üçün mənə niyə gündəlik kredit faizi ödəməliyəm? Yasamal filialınızda gündəlik müştəri sayı az olduğu halda niyə 2 saat içində bir sorğunu icra etməmisiniz?”

TİA.Az