Tribuna İnformasiya Agentliyi

“Azersun”a yaxın olan 1 milyon kapitallı ŞİRKƏT YARADILIB

09 Oktyabr

“Azersun Holding”in Baş ofisinin yerləşdiyi ünvanda “Nobel Food Industry” MMC adında şirkət yaradılıb.

TİA.AZ Banker.az-a istinadən xəbər verir ki, şirkətin qanuni təmsilçisi “Azersun”da çalışan Cahangir Arif oğlu Eynullayevdir.

Məlumatda qeyd edilir ki, bu şirkətin nizamnamə kapitalı 1 mln. manat olacaq.

Şirkətin hüquqi ünvanı isə Bakı Şəhəri Nizami Rayonu, Heydər Əliyev Prospektində (Azersun-nun Baş ofisi ilə eyni ünvanda) yerləşir.