“Azərsun”un maşını minaya düşdü: sürücü yaralandıbackend

“Azərsun”un maşını minaya düşdü: sürücü yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cəbrayılda “Azərsun”un maşını mina düşüb, sürücü xəsarət alıb.

Bu barədə  ANAMA-dan məlumat verilib.Bildiirlib ki, 2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
“Azərsun Holdinq” MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü – 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.