“Azərsu”nun 9 milyonluq tenderini bu şirkət uddubackend

“Azərsu”nun 9 milyonluq tenderini bu şirkət uddu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsu” ASC tərəfindən keçirilən 8 milyon 889 min 822 manat 30 qəpik dəyərində tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mühəndis Tikinti Layihə” MMC olub.
Bu şirkət “Azərsu” ASC-nin sifarişilə Zabrat qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərini həyata keçirəcək.
Məlumat üçün bildirək ki, “Mühəndis Tikinti Layihə” MMC 3 il əvvəl – 2019-cu ildə “Azərsu” ASC-nin sifarişilə Zabrat və Sabunçu qəsəbələrində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərini görüb və qarşılığında 592 min 200 manat alıb.