“Azərsu” əməkdaşları ilə mübahisə edən qadın özünü bıçaqladıbackend

“Azərsu” əməkdaşları ilə mübahisə edən qadın özünü bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün günorta saatlarında Qax şəhərində “Azərsu” ASC-nin əməkdaşları ilə şəhər sakini arasında insident baş verib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilir ki, Qax şəhəri Nəriman Nərimanov küçəsi bina 1, blok 2, mənzil 7-də yaşayan Firəngiz Ziyəddin qızı Musayeva “Azərsu” əməkdaşları İlə arasında yaşanan mübahisə zamanı bıçaqla özünə xəsarət yetirib.

Məsələ ilə əlaqədar “Azərsu” ASC ilə əlaqə saxlanılıb. Qurumdan BAKU.WS-ə bildirilib ki, məsələ ilə bağlı bağlı regional şöbə ilə əlaqə saxlanılacaq. Araşdırma aparılandan sonra ətraflı açıqlama veriləcək.