“Azərişığ”ın sədri federasiya prezidenti seçiləcəkbackend

“Azərişığ”ın sədri federasiya prezidenti seçiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni prezidenti müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, bu, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdur.

V.Əhmədov yeni vəzifədə iş adamı Elçin Zeynalovu əvəzləyəcək.

Dəyişiklik bu gün Gənclər və İdman Nazirliyində AMAF-ın hesabat-seçki konfransında gerçəkləşəcək.

Qeyd edək ki, Elçin Zeynalov AMAF-a 2006-cı ildən rəhbərlik edirdi.