“Azəriqaz”la bağlı geniş araşdırma başlandıbackend

“Azəriqaz”la bağlı geniş araşdırma başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azəriqaz” İstehsalat Birliyində həbslər olması ilə bağlı xəbər vermişdik.

Xatırladaq ki, dünən AFN.az-a bununla bağlı məlumat verən mənbə 4 nəfər departament rəisinin həbs olunduğunu bildirmişdi. Onlardan ikisinin adı açıqlansa da, digər ikisinin adını dəqiqləşdirə bilməmişdik. Məsələ ilə bağlı detallı məlumat əldə etmişik. Belə ki, əhali abonentlərinə əlavə qaz həcminin yazılması və süni borc yaradılması halı ilə bağlı araşdırma başlanıb. Araşdırma çərçivəsində “Azəriqaz” İB-nin bir sıra vəzifəli şəxsləri Baş Prokurorluğa çağrılaraq dindirilib. Arasında baş direktorun müavinləri də olan həmin şəxslərin siyahısını təqdim edirik:

Baş direktorun qazın satışı üzrə müavini Rəşad Cavadov
Baş direktorun istismar üzrə müavini Cahid Hüseyinli
Abonent bazasına xidmət şöbəsinin rəisi Oqtay İbrahimov
Qazın balansı və hesabatı şöbəsinin rəisi Elşən Qədirov
Metrologiya şöbəsinin rəisi Rövşən Məhiyəddinov
İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elcin Qocayev
İqtisadiyyat və ucot şöbəsinin rəisi Maarif Nəcəfli.

Məlumata görə, yaxın saatlarda daha iki nəfər böyük mühəndis dindirməyə cəlb edilib. Onlar bir neçə saat dindirmədə olduqdan sonra sərbəst buraxılıblar. Onu da bildirək ki, dünən həbs olunduğu deyilən şəxslərin də ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.

Qeyd edək ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da “Azəriqaz” İB-də gedən proseslərlə bağlı məlumat yayıb: “İndicə aldığım məlumata görə, “Azəriqaz”ın rayon xidmət sahələrinin idarələr üzrə rəis müavinləri, Regional qaz istismari idarələrində fəaliyyət göstərən bütün istehlakçılara satılan qaza nəzarət şöbələrinin və Qazın balansı və hesabati şöbələrinin rəislərinin vəzifədən uzaqlaşdırılması üçün tədbirlər görülür. Səbəb isə əhali abonentlərinə əlavə qaz həcminin yüklənməsi və süni borcun yaradılmasıdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirildi ki, onlarda bu barədə məlumat yoxdur.