“AZƏRİ-TÜRK BANK” MÜŞTƏRİLƏRİ PULSUZ KARTA GÖRƏ BELƏ SÜRÜNDÜRÜR – TƏFƏRRÜATbackend

“AZƏRİ-TÜRK BANK” MÜŞTƏRİLƏRİ PULSUZ KARTA GÖRƏ BELƏ SÜRÜNDÜRÜR – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azəri Türk Bank” pulsuz və komissiyasız kart adı ilə müştəriləri şirkinləndirməyə başlasa da, sonra vədinə xilaf çıxıb. TİA.Az-ın xəbərinə görə, şikayətçilərdən biri Ülvi Məmmədov sosial media hesabında yazıb ki, bu bankda bürokratik məngənə var.
“Elan eləmişdilər ki, bəs bizdə pulsuz, kommisiyasız kart var. Bir aydan çoxdur kart sifariş etmişdim. Hər gün də SMS ilə zəhləmi tökürdülər ki, gəl kartı götür. İyunun 2-də Yasamal filialına yaxınlaşdım. İki saat növbə gözlədim, bir müştərini saat yarıma yola verə bilmirdilər. Azərbaycan bankçılıq tarixində belə biabırçılığa heç zaman rast gəlməmişdim”.

Ü.Məmmədov qeyd edib ki, müştərilərdən biri bankn niyə bu gündə işlədiyini soruşub: “Bunu eşidən özünü təhlükəsizlik xidmətinin rəisi adlandıran bir nəfər “başına təsbeh” salıb başladı “zakon xırdalamağa”.


Müştəriləri adam yerinə qoymayan bu yarıtmaz bankın işçisinin belə davranışını görüb, “tüpürüm sizin kartınıza da, xidmətinizə də…” deyib oranı tərk etdim”.
Şikayətçinin “Azəri Türk Bank”da üzləşdiyi mənzərə, kobudluq və süründürməçiliklə bağlı digər müştərilər də şərhlərdə fikirlərini yazıblar. Məlum olur ki, onlarda da bankdan pulsuz kart götürməyə hazırlaşırlar, lakin xeyli vaxtdır ala bilmirlər. Müqayisə üçün deyək ki, digər tanınmış banklarda elektron şəkildə kart sifariş verirsən 1 bir həftə sonra 5-8 manat ödəniş etməklə sahiblənirsən.

Xatırladaq ki, səhmlərinin 75 faizi dövlətə məxsus olan “Azər-Türk Bank”da devalvasiya zamanı maxinasiyalara yol verilmişdi. Həmin vaxt banka rəhbərlik edən şəxslər məsuliyyətdən qıraqda qaldılar. Halbuki sözügedən bankda yüz milyon manatdan çox məbləğdə maxinasiyalar edildiyi ilə bağlı təkzibolunmaz məlumatlar yayılmışdı. Görünür, “Azəri-Türk Bank”-ın həmin zamakdakı rəhbərliyini yüksək vəzifəli şəxslər himayə edirmiş…

TİA.Az