Tribuna İnformasiya Agentliyi

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi!

21 Oktyabr

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC “Kabinetim” mobil tətbiqinin funksionallığını artırmağa davam edir. Belə ki, digər imkanlarla yanaşı istifadəçilər artıq sadələşdirilmiş giriş təcrübəsindən yararlana, onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət edə, tariflərin kataloqunu nəzərdən keçirə, tarif paketlərini asanlıqla aktiv edə və QR skan ilə xidmətlərə qoşula biləcəklər.
Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb. Həm iOS, həm də Android əməliyyat sistemlərini dəstəkləyən yenilənmiş tətbiqi ödənişsiz olaraq, Playstore və Appstore-dan yükləmək mümkündür. Tətbiq avtomatik yenilənmədiyi halda, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə edilməlidir.

Azercell “Kabinetim” tətbiqini yüklə və nömrənə daha asan nəzarət et!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz