“Azercell”dən “Biznesim Wi-Fi” təklifləri ilə biznesinizi daha rahat idarə edin!backend

“Azercell”dən “Biznesim Wi-Fi” təklifləri ilə biznesinizi daha rahat idarə edin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azercell” Biznes müəssisələrə sürətli və etibarlı rabitə həlləri təklif etməklə onların rəqəmsal dünyada uğur qazanmasına dəstək olur
Öz müştərilərinin rəqəmsal transformasiyasını dəstəkləyən “Azercell” Biznes böyük məmnuniyyətlə fevralın 13-dən etibarən yeni “Biznesim W-Fi” təklifini təqdim edir. Artıq korporativ abunəçilər daha əlverişli rabitə dəstəyilə Wi-Fi USB və ya Mi-Fi modemlərdən istifadə edə biləcəklər.
“Biznesim Wi-Fi” təkliflərinin köməyilə korporativ abunəçilər fiziki bağlantı olmayan istənilən yerdən rahatlıqla internetə qoşulmaqla yanaşı, 10-a qədər cihaz arasında interneti paylaşdırmaq imkanına da sahib olacaqlar.
İstifadəçilərin fərqli tələblərinə əsaslanan müxtəlif həcmli və bir paketdən digərinə keçid imkanına malik data paketlərdən ibarət xüsusi təklif kiçik, orta və fərdi müəssisələr üçün ideal bir həll vəd edir.
Təqdim olunan yeni təklifin əsas üstünlüyü ondan ibarətdir ki, internet paketlərindən birini seçməklə abunəçi ilkin ödəniş etmədən cihazı pulsuz əldə edir.  Wi-Fi USB modemi USB portu vasitəsilə işə salınır, Mi-Fi cihazı isə heç bir cihaz və ya porta qoşulmadan müstəqil şəkildə işləyə bilər. Təkliflərin daha bir üstün cəhəti növbəti 12 ay ərzində paketi digəri ilə dəyişmək imkanıdır.
“Biznesim Wi-Fi” təklifinin qiyməti 20 manatdan başlayaraq həcmi 200 GB-a qədər olan müxtəlif internet paketlərini əhatə edir.
“Biznesim Wi-Fi” təklifi də daxil olmaqla  müxtəlif biznes müəssisələri üçün geniş çeşidli məhsullar və həlləri təklif edən “Azercell” Biznes bir daha özünü etibarlı rəqəmsal biznes tərəfdaşı kimi təsdiq etmiş olur.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz