“Azercell” Ukraynaya pulsuz zənglərin müddətini uzatdıbackend

“Azercell” Ukraynaya pulsuz zənglərin müddətini uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynadakı hərbi vəziyyətlə əlaqədar “Azercell” abunəçiləri üçün Azərbaycan-Ukrayna istiqamətində edilən ödənişsiz telefon zənglərinin müddəti 8 mart saat 23:59-dək uzadılıb.
TİA.AZ şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, zənglərin maksimum müddəti 3 dəqiqə təşkil edir.
Qeyd edək ki, operator tərəfindən bu xidmətin göstərilməsi ilkin olaraq fevral ayının 27-dən mart ayının 2-dək nəzərdə tutulsa.da, daha sonra bu müddət martın 6-dək uzadıldı.