“Azercell” rominqdə olan abunəçilərin balansını artırıb, “Qaynar xətt”ə olan zəngləri pulsuz etdibackend

“Azercell” rominqdə olan abunəçilərin balansını artırıb, “Qaynar xətt”ə olan zəngləri pulsuz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azercell” şirkəti hal-hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin  balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 AZN məbləğində pul vəsaiti yükləyib.

Şirkətdən TİA.AZ-a  verilən məlumata görə, həmçinin mart ayının 17-dən etibarən mobil operator bütün müştəriləri üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) “Qaynar xətt”inə (1542) zənglərin ödənişsiz olmasını təmin edib.

Qeyd edək ki, hazırda “Azercell”in Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətləri də gücləndirilmiş iş rejimi ilə çalışır. Belə ki, şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, habelə TƏBİB-in “Qaynar xətt”i ilə əlaqə saxlanılması istiqamətində hər cür dəstək göstərməyə hazırdır.

Xatırladaq ki, rominq zamanı “Azercell”in Fakturalı Xətt abunəçiləri +994506565000, Fakturasız Xətt (Sim-Sim) abunəçiləri isə +994502002111 nömrələri vasitəsilə mobil operatorun Telefon Mərkəzi ilə tamamilə ödənişsiz əlaqə saxlaya bilərlər.