Tribuna İnformasiya Agentliyi

Azercell nüfuzlu “Oracle Innovation Award” ilə təltif edildi

13 Fevral

“Azercell Telecom” MMC  8 fevral tarixində Bakı şəhərində keçirilən “Oracle Cloud Day” illik konfransı çərçivəsində  nüfuzlu “Oracle Innovation Award” (“Oracle İnnovasiya Mükafatı”) ilə təltif edilib. Qeyd edilən mükafat  “Oracle Excellence Awards” (“Oracle Mükəmməllik Mükafatı”) qlobal programının bir hissəsidir. Namizədlər layihənin unikallığı, biznes üçün innovasiyanın üstünlüyü, şirkətin ölçüsünə nəzərən həllin miqyasının müqayisəsi, onun çətinliyi və mürəkkəbliyi, arxitekturanın orijinallığı kimi meyarlar üzrə dəyərləndiriliblər. Qeyd edək ki, Azercell Azərbaycanda İT sahəsinə etdiyi töhfəyə görə bu mükafata layiq görülüb. “Oracle Innovation Award” qabaqcıl həllər, texnologiyalar və Oracle bulud xidmətləri vasitəsilə  çevikliyin artırılması, xərclərin azaldılması, əməliyyatların sürətləndirilməsi, İT infrastrukturunun sadələşdirilməsi sayəsində nəzərəçarpan biznes nəticələri əldə edən və dəyişikliyə nail olan şirkətlərə təqdim olunur. Qaliblər onlarla şirkətlərin sırasından seçilir.

Qeyd edək ki, 2018-ci ildəki uğurlu fəaliyyəti sayəsində Azercell biznes sahəsində nüfuzlu “Stevie” mükafatı çərçivəsində “İlin Kommunikasiya Şirkəti”, İlin Korporativ Sosial Məsuliyyət Proqramı (Avropa üzrə)” və “İnsanların Seçimi üzrə Stevie” (“People`s Choice Stevie Awards”) mükafatı üzrə telekommunikasiya sahəsində “İlin ən sevilən şirkəti” adına layiq görüldü. Həmçinin ötən il “Azercell Telecom” MMC güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (“İnsana Sərmayə Standartı”) tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, Azercell MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.