Tribuna İnformasiya Agentliyi

Azercell “ITU Telecom World 2019” beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

09 Sentyabr

“Azercell Telekom” MMC informasiya kommunikasiya texnologiyaları sahəsindəilin ən mühüm hadisələrindən biri sayılan“ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransında iştirak edir. Macarıstanın paytaxtıBudapeşt şəhərində keçirilən sərgi İKT sahəsində innovasiyaların daha sürətli tətbiqi üçün mövcud imkanları nümayiş etdirir.Sərgidə ölkəmizin Milli Pavilyonu təşkil edilib. Pavilyonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla  birlikdə Azercell şirkəti də ölkəmizi təmsil edir. Burada Azercell sərgi iştirakçılarını özünün yeni brend kimliyi və rəqəmsallaşma strategiyası, 4G şəbəkəsinin ölkə boyu sürətlə genişləndirilməsi sahəsində nailiyyətləri, eləcə də, biznes qurumlar və fərdi istifadəçilər üçün təqdim etdiyi geniş çeşidli innovativ xidmətləri ilə tanış edir.

Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbir “Birlikdə innovasiyalar gətirərək: Əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilir. “ITU Telecom” World 2019 beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etmək üçün hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.

“ITU Telecom World 2019”  sərgisində dünyanın müxtəlif ölkələrinin və regionlarının təqdim etdiyi İKT texnologiyaları, layihələri və məhsulları ilə tanış olmaq mümkündür. Bu sərgidəİT sahəsinin innovativ inkişaf təşəbbüsləri nümayiş etdirilir, tərəfdaşlıq və investisiya imkanları təqdim edilir.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.