Tribuna İnformasiya Agentliyi

Azercell-in növbəti Eksklüzivi Qazaxda

03 Noyabr

Azərbaycan telekommunikasiya bazarında liderliyini qoruyan, daima texnoloji yenilikləri tətbiq edən, bütün müasir xidmətləri abunəçiləri üçün mümkün edən“Azercell Telekom” MMC rahatlığı və innovativ tərzi ilə seçilən növbəti Eksklüziv mağazasını istifadəyə verib. Müştəri xidməti sahəsində hər zaman müştəri məmnuniyyətinə böyük önəm verənşirkətin Qazax rayonu,Firuddin Şamoyev küçəsi, 1A ünvanında açılan mağazasıən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil edilib. Mağazada abunəçilər müştəri xdimətlərində edilən əksər əməliyyatları, telefon danışığına görə ödəmələri həyata keçirə və istədikləri mobil cihazlarları nəğd və ya kredit şəklində əldə edə bilərlər. Mağazanın açılışında iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib.

 

Digər ekskluziv mağazalarda olduğu kimi, Azercell Qazaxdakı müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir.  Belə ki, 2 noyabrdan etibarən 7 gün müddətində Qazax Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

 

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12), Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8), Gəncədə (Heydər Əliyev prospekti, 149), Beyləqanda (Sərdar İmrəliyev küç. 265) və Ağcabədidə (Ü. Hacıbəyli pr., 68)abunəçilərin ixtiyarına verilib.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.