Tribuna İnformasiya Agentliyi

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları

11 Noyabr

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib. 

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib.

Azercell Telecom MMC Milli Paralimpiya Komitəsi, və “UNİCEF” in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sumqayıt Paralimpiya idman kompleksində II Uşaq Paralimpiya Oyunları keçirilib. 

Bu il keçirilən idman yarışında respublikanın müxtəlif regionlarından olan uşaq paralimpiyaçıları 5 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) öz güclərini sınayıblar. 60 -dan çox sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi Paralimpiya İdman Oyunlarında uğurlu nəticə əldə edən uşaqlar Azercell Telekom MMC və Milli Paralimpiya Komitəsi tərəfindən mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıblar. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

Nəzərinizə çatdıraq ki, ötən il I Uşaq Paralimpiya İdman Oyunlarına hazırlıq çərçivəsində Paralimpiya üzrə idman ustaları – Birinci Avropa Oyunlarının əfsanələri İlham Zəkiyev, Səbinə Abdullayeva, Zakir Müslümov və digərləri Azercell şirkətində qonaq olaraq şirkət əməkdaşları ilə görüşüblər. Onu da qeyd edək ki, Azercell Telekom-un Uşaq Paralimpiya Komitəsinə dəstəyi Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən də qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.