Tribuna İnformasiya Agentliyi

Azercell-in dəstəyi ilə məktəblilərimizin də iştirak etdiyi Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

11 Sentyabr

2019-cu ildə ölkəmiz bu nüfuzlu yarışa ev sahibliyi edəcək

 Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. Təhsil Nazilriyi və “Azercell Telekom” MMC-nin dəstəyi ilə ölkəmizdən də məktəblilərin iştirak etdiyi bu nüfuzlu  olimpiadanın bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın keçiriləcəyi ölkənin adı açıqlanıb. Belə ki, 2019-cu ildə Beynəlxaq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Onu da bildirək ki, 2019-cu ildə təşkil olunacaq IOI-da dünyanın 80-ə yaxın ölkəsindən 300-dən çox şagirdin iştirakı gözlənilir.

Məlumat üçün bildirək ki, bu il 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadaya yola düşməzdən öncə məktəblilərimiz Təhsil Nazirliyinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində xüsusi dərslər keçiblər. Hazırlığın əsas məqsədi müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş xüsusi istedadlı şagirdlərin olimpiadalarda iştirakının stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və nümayiş etdirilməsi üçün şəraitin yaradılmasıdır.

Təhsilin və gənclərin inkişafi üçün yardım və dəstək – “Azercell Telekom”MMC-in prioritet fəaliyyət sahələrindəndir. Şirkət çalışmağa başladığı ilk gündən bu istiqamətdə bir sıra uğurlu layihələr həyata keçirib və yüzlərlə tədbirə dəstək verib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

TİA.AZ