Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!backend

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!

Sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan daha 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb

“Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə dəstəyini davam etdirir. Ötən iki həftədə olduğu kimi, müqəddəs Ramazan ayının üçüncü həftəsində də bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan daha 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb.

Azercell xeyriyyə layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi siyahıya əsasən müqəddəs Ramazan ayı ərzində ümumilikdə 4000 aztəminatlı ailəyə ərzaq payı göndərməyi nəzərdə tutur. Sovqatların ölkə boyu müxtəlif ünvanlara çatdırılması Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC tərəfindən həyata keçirilir.

Qeyd edək ki, şirkətin xeyriyyə təşəbbüslərinə Azercell əməkdaşları da qoşulub. Son iki həftə ərzində “Azercell Könüllüləri” öz növbəsində hər gün aztəminatlı ailələri ziyarət edib, onlara ərzaq yardımı paylayıb. Həssas zamanda vətəndaşlara dəstək olan “Azercell Könüllüləri” bu istiqamətdə öz fəaliyyətlərini davam etdirməyə hazırdır.

Azercell şirkətinin təşkil etdiyi yardım aksiyaları COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yüksəltmək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək məqsədi daşıyır.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2%

(işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az