Tribuna İnformasiya Agentliyi

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

16 İyul

Keyfiyyətli və innovativ xidmətləriilə fərqlənən Azərbayanın lider mobil operatoru Azercell Telekom ölkəmiz boyu 4G şəbəkəsini genişləndirməkdə davam edir. Şirkət daha 5 şəhərdə – Ağcabədi, Balakən, Qəbələ, Quba və Tovuzda 4G şəbəkəsini qurdu və bununla da yüksək sürətli mobil internet xidmətlərindən istifadəni ümumilikdə respublikanın 12 bölgəsində mümkün etdi

Xatırladaq ki, bundan öncə Azercell-in 4G xidmətləri Gəncə, Şirvan, Şəmkir, Bərdə, Lənkəran, Masallı və Cəlilabadda artıq mövcud idi. Eyni zamanda, Azercell Bakı və bölgələrdə 4G stansiyalarının sayını 2018 ci il ərzində 2 dəfə artıraraq abunəçilərinə bu xidmətin üstünlüklərindən yararlanmaq imkanı verdi. Belə ki, təkcə bu ilin ilk 6 ayı ərzində toplam 113 olmaqla, Bakıda 26, Sumqayıtda 28, Abşeronda 12, Ağcabədidə 8, Balakəndə 7, Cəlilabadda 5, Masallıda 6, Qəbələdə 8, Qubada 7 və Tovuzda 6 LTE şəbəkəsi üzərində çalışan stansiya quraşdırılıb. Hazırda Azercell toplam 2826 2G, 2208 3G və 663 4G stansiyaları sayəsində bütün abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir.
Qeyd edək ki, artıq 4G-ni dəstəkləyən həm Sim kartı, həm də mobil cihazı olan Azercell abunəçiləri Azercell müştəri xidmətləri mərkəzlərinə müraciət etmədən 4G xidmətindən yararlana biləcəklər. Bunun üçün abunəçinin istifadə etdiyi cihazda sadəcə 4G-ni seçməsi yetərilidir.
Azercell şirkəti bu ilin sonuna kimi 4G şəbəkəsinin coğrafiyasını Azərbaycanın əksər bölgələri və şəhərləri boyu genişləndirməyi planlaşdırır. Bu ilin sonuna kimi Bakı, Abşeron ərazisində daha 300 ədəd və bölgələrdə toplam 182 ədəd 4G stansiyasının qurulması nəzərdə tutulub.
Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 4G internet istifadəçilərinin sayı əvvəlki illərlə müqayisədə 3 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 50% çoxalıb.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
TİA.AZ