Tribuna İnformasiya Agentliyi

Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

08 Oktyabr

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell abunəçilərini müasir dövrün trendlərinə uyğun xidmətlərlə sevindirir. Texnoloji yeniliklərin tətbiqi vasitəsilə abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən Azercell ilə film seyr etmək artıq çox asandır. Belə ki, Azercell-in təklif etdiyi “İVİ” xidməti istənilən zövqə uyğun 100 000-dək filmi məkandan asılı olmayaraq, yüksək keyfiyyətdə izləmək imkanı verir.

“İVİ” xidmətindən günlük istifadə haqqı 0.40 AZN, aylıq abunəlik isə 5.99 AZN təşkil edir. Günlük abunəlik üçün GUN, aylıq abunəlik üçün AY açar sözünü 3333 qısa nömrəsinə göndərmək kifayətdir. “İVİ” –yə ilk dəfə qoşularkən, günlük abunəliyi seçən istifadəçilər 7 gün, aylıq abunəliyi seçən istifadəçilər isə 14 gün müddətində xidmətdən ödənişsiz istifadə edə biləcəklər. iOS və Android əməliyyat sistemlərini dəstəkləyən “İVİ” tətbiqini Applestore və ya Google Play vasitəsilə yükləmək mümkündür. Məlumat üçün bildirək ki, müxtəlif janrlarda filmləri özündə cəmləyən bu xidmət eyni zamanda 5 müxtəlif cihazda, ən əsası isə, reklam olmadan filmləri seyr etmək imkanı verir.

Tətbiqi yüklə və ödənişsiz istifadə imkanından faydalanmağa tələs!

Azercell ilə rəqəmsal dünyanın ən son trendləri artıq daha əlçatandır! Xidmət barədə ətraflı məlumat https://www.azercell.com/az/personal/services/partner_services/ivi/ səhifəsində qeyd edilib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir