Tribuna İnformasiya Agentliyi

Azercell Eksklüziv mağazalarında Lenovo planşeti al – hədiyyələr qazan!

12 May

Azercell-dən planşet, limitsiz internet və üstəgəl premium aksessuar əldə etmək istəyənlər üçün yeni sərfəli kampaniyaya start verilib. Belə ki, kampaniya çərçivəsində məhz Azercell Eksklüziv Mağazalarında Lenovo markalı planşeti alan hər bir müştəri 6 ay müddətinə Limitsiz İnternet paketini cəmi 15 AZN qiymətinə əldə etmək imkanından faydalanacaq. Üstəlik, hər bir kampaniya iştirakçısına 1 ədəd Azercell Premium aksessuar hədiyyə təqdim olunur.

Kampaniyada təqdim olunan Lenovo planşet modelləri:

  • Lenovo TAB3 710L 16GB – 206 AZN
  • Lenovo TAB4 7304 16GB – 209 AZN
  • Lenovo YTAB3 850 16GB – 359 AZN
  • Lenovo YTAB3 X50 16GB – 499 AZN

 

Onu da bildirək ki, kampaniya planşetlərinə Azercell-in rəsmi tərəfdaşı və Lenovo-nun Azərbaycanda rəsmi distribütoru Inteqral şirkəti tərəfindən 1 il zəmanət təqdim olunur.
Kampaniyada yalnız Azercell Eksklüziv mağazalarında Lenovo planşetləri əldə edən abunəçilər iştirak edə bilər. Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) və Sumqayıtda (11-ci Mk-rn, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) abunəçilərin ixtiyarına verilib.

 

Azercell bütün abunəçilərini bu sərfəli və ekskluziv kampaniyadan yararlanmağa dəvət edir.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz 

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.