Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!backend

Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir!

Lider operator 5 milyonuncu abunəçisini təbrik etdi!

Ötən ilin iyun ayında yeni brend kimliyini təqdim edən və fəaliyyətinin yeni dövrünə qədəm qoyan “Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq, innovativ və rəqəmsal həllərlə həyatlarını asanlaşdırmaq istiqamətində təşəbbüslərini davam etdirir. Məhz bu səylərin nəticəsi olaraq ölkə əhalisinin əksəriyyəti tərəfindən seçilən Azercell-in abunəçi sayı artıq 5 milyonu keçdi!

Azercell şirkətinin 5 milyonuncu abunəçisi Sabirabad rayon sakini Elvin Mirzəyev oldu. Ölkənin lider mobil operatoru Azercell ailəsinin 5 milyonuncu üzvünü xüsusi hədiyyələrlə qarşıladı. Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekom tərəfdaşı olan Azercell yeni müştərisinə müasir dizayna, güclü prosessor və kameraya malik yeni “iPhone SE” smartfonu və “Sərbəst75” tarifinə 1 illik pulsuz abunəlik hədiyyə etdi.

Şirkət üçün bu tarixi hadisənin pandemiya dövründə baş verməsi də təsadüfi deyil. Dünyanı bürüyən qlobal gərginlik zamanı xalqın yanında olan lider mobil operatorun məhz indi 5 milyonuncu müştərisini qarşılamağı, onun düzgün müştəriyönümlü siyasət həyat keçirdiyini və abunəçilərin etibarını qazanmağa müvəffəq olduğunu növbəti dəfə sübut etdi. Bu çətin müddət ərzində müştərilərinə gücləndirilmiş iş rejimində xidmət etməklə yanaşı, Azercell şirkəti, həmçinin ölkədə iqtisadi sabitliyin qorunması və sosial rifahin yüksəldiməsinə yönəlmiş bir sıra layihələrə imza atdı. Şirkət öz müştəriləri ilə digər operatorların abunəçiləri arasında fərq qoymadan pandemiyanın ilk günlərindən etibarən həm mobil xidmətlərə aid müxtəlif dəstək aksiyaları həyata keçirdi, həm də

ölkəmizdə həssas kateqoriyaya aid olan on mindən çox aztəminatlı ailəyə ərzaq yardımı payladı.

Abunəçilərinin etibarını yüksək qiymətləndirən “Azercell Telekom” MMC bundan sonra da işgüzar fəaliyyətini şəffaflıq prinsipləri üzərində quraraq kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiqi, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan edilməsi istiqamətində çalışacaq.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki