Azercell abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər!backend

Azercell abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lider mobil operator Azərbaycandan Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 6-na qədər uzatdı!

Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir. Belə ki, lider mobil operator hazırda Ukrayna ərazisində olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə Azərbaycandan-Ukrayna  istiqamətində tətbiq etdiyi ödənişsiz telefon zənglərinin müddətini mart ayının 6-dək (06.03.2022 tarixi daxil) uzatdı. Bu imkan bütün Azercell abunəçiləri üçün təqdim olunub.

Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.

Xatırladaq ki, Azərbaycandan Ukraynaya ödənişsiz zəng imkanı şirkət tərəfindən fevral ayının 27-dən etibarən tətbiq olunub. Azercell daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn həcmində vəsait yükləyib. Abunəçilərini diqqət mərkəzində saxlayan mobil operator onlara daima ünsiyyət və əlaqədə qalmaq üçün imkanlar yaradır. Bundan əlavə, şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; “Kabinetim” tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html