“Azərbaycanlılar yeni mövqelərə yiyələndilər” – erməni deputatbackend

“Azərbaycanlılar yeni mövqelərə yiyələndilər” – erməni deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sərhəddə baş verənlər bizim üçün çox pis nəticələnən olaylardır”.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, Ermənistan parlamentinin deputatı, “Şərəfim var” franksiyasının mənsubu Tiqran Abramyan belə deyib.

O, daha sonra söyləyib: “Əfsuslar olsun ki, Azərbaycan ordusu qarşısına qoyduğu məqsədlərə çatdı. Onlar yeni, çox əlverişli mövqelərə yiyələndilər, həmin mövqeləri möhkəmləndirdilər və hərbi infrastrukturumuza zərbələr endirdilər”.

“Çiçəklənən Ermənistan” Partiyasının sədri, oliqarx Qagik Sarukyan isə Tanrıya yalvarmağa başlayıb: “Ölkəmizdə yaranmış belə vəziyyətdə Tanrıya dua edir, yalvarır və ondan təvəqqə edirəm ki, erməni xalqına, Vətənimizə arxa çevirməsin”.