“Azərbaycanlılar çox qonaqpərvərdir, amma Neftçi“ni udacağıq“ – “Qalatasaray“ın vitse-prezidentibackend

“Azərbaycanlılar çox qonaqpərvərdir, amma Neftçi“ni udacağıq“ – “Qalatasaray“ın vitse-prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox sevdiyimiz qardaş ölkənin komandası ilə qarşılaşacağıq. “Neftçi” bizə öz qonaqpərvərliyini göstərir. Azərbaycandakı dostlarımıza salamımızı və sevgimizi çatdırırıq”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak “TRT Spor”a açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində Bakıda “Neftçi” ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, bu qarşılaşma “sarı-qırmızılılar” üçün olduqca vacibdir: İnanıram ki, komandamız “Qaziantep”lə matçda sərgilədiyi performansı Bakıda da göstərəcək və mərhələni keçərək Türkiyəyə qayıdacaq”.

A.Albayrak matçın Azərbaycan paytaxtında oynanılmasının “Qalatasaray” üçün fərq etmədiyini vurğulayıb: “İstanbulda cavab görüşü keçirilsəydi belə, azarkeşlər stadionda olmayacaqdı.

Ümid edirəm ki, “Neftçi”ni mübarizədən kənarlaşdıracağıq və növbəti oyunu evdə keçirəcəyik. Azarkeşsiz oyunun heç bir dadı-duzu yoxdur. Ona görə də harada oynayacağımızın fərqi yoxdur”.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.