Azərbaycanlı vəkil: “Yefremov ürəktutması keçirib”backend

Azərbaycanlı vəkil: “Yefremov ürəktutması keçirib”

Ölümlə nəticələnən qəza törətmiş Rusiyanın Əməkdar artisti Mixail Yefremov ürəktutması keçirib.

Bu barədə onun vəkili Elman Paşayev “Moskovski Komsomolets”ə bildirib.

Bu səbəbdən Yefremov müstəntiqdən anasının ölümünün ildönümündə onun məzarına buraxılmasını xahiş etməyib.

Paşayev əlavə edib ki, müvəkkilinin bir gün əvvəl ürəyi tutub. Qohumları təcili yardım çağırmaq istəsələr də, aktyor razı olmayıb.

O, həmçinin, müvəkkilinin depressiv vəziyyətdə olduğunu və bərk narahatlıq keçirdiyini bildirib.

Xatırladaq ki, iyunun 8-də Yefremov Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşıdakı zolağa çıxıb və mikroavtobusa çırpılıb, sürücüsü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Sənətçinin özü xəsarət almayıb. O, avqustun 9-dək ev dustaqlığına göndərilib.

Əməkdar artistin hüquqlarının müdafiəsi ilə Azərbaycan əsilli rusiyalı vəkil Elman Paşayev məşğul olur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki