Azərbaycanlı reper qəzaya düşdü – FOTO/VİDEObackend

Azərbaycanlı reper qəzaya düşdü – FOTO/VİDEO

Moskvada azərbaycanlı reper Elmin Quliyev idarə etdiyi “İnfiniti” markalı avtomobillə ağır qəza törədib. 

TİA.AZ Yenisabah.Az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 21-də Ostojenka keçəsində, 47 nömrəli binanın yanında baş verib. İşıqforun qırmızı işığında keçən və yüksək sürətlə hərəkət edən “İnfiniti” “Mercedes” markalı avtomobillə toqquşub, bu zaman səki ilə gedən piyadaları da vurub kənara atıb. Nəticədə üç nəfər yaralanıb, onlardan iki qadının vəziyyəti ağırdır. Reperin avtomobili qəza zamanı divara dəyərək dayanıb.

Hadisədən bir neçə dəqiqə sonra “İnfiniti”nin sürücüsü və qəzanın səbəbkarı məlum olub-26 yaşlı azərbaycanlı reper Elmin Quliyevdir. O, dərhal günahını etiraf edib.

-Mən yanıb-sönən yaşıl işıqda keçirdim, gözlənilmədən qırmızı yandı,-Elmin polis əməkdaşlarına deyib.

O, hadisə yerində alkaqol və narkotik analizi verib. Amma qanı təmiz çıxıb. Lakin Elminin avtomobili yüksək sürətlə sürmək həvəskarı olduğu aydınlaşıb.

Elmin Quliyev 1993-cü ildə Bakıda anadan olub. Beş il bundan qabaq Moskvaya köçüb və orada gecə klubarında çıxış etməyə başlayıb. Quliyev əvvəllər di-cey işləyib, eyni vaxtda mahnılar yazıb. Son illər is reper kimi məşhurlaşıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki