Azərbaycanlı rejissor müharibəyə görə Rusiyadakı festivaldan imtina etdibackend

Azərbaycanlı rejissor müharibəyə görə Rusiyadakı festivaldan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı rejissor Tahir Tahiroviç Ukraynadakı müharibəyə görə Rusiyada keçirilən festivaldan imtina edib.

Bakupost.az xəbər verir ki, bu barədə rejissor sosial şəbəkədə məlumat verib.
O, Krımda keçirilən “Zolotoy Vityaz” festivalından “Qırmızı” filminin çıxarılması üçün müraciət edib.
“Hörmətli həmkarlar! Sizə festivalda uğurlar arzulayıram. Təəssüflər olsun ki, mən sizin festivalda iştirak etmək istəmirəm. Ukraynada baş verən hadisələrə etiraz əlaməti olaraq sizdən xahiş edirəm ki, filmimi “Zolotoy Vityaz” festivalı proqramından çıxarasınız”, – müraciətdə bildirilib.