Azərbaycanlı qadın bir çanta “dollar”la saxlanıldı (FOTO)backend

Azərbaycanlı qadın bir çanta “dollar”la saxlanıldı (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən həftə Ankara Təhlükəsizlik İdarəsinin Maliyyə Əleyhinə Cinayətkarlıq Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatda saxta pul dövriyyəsi ilə məşğul olan 96 şübhəli saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, saxlanılanlardan 63 nəfərin ifadəsi alındıqdan sorna sərbəst buraxılıb. 33 şübhəli isə məhkəməyə göndərilib. Ankaranın 20 əyalətində keçirilən saxta pul əməliyyatında saxlanılan dəstənin başçısı Ensari Varlıkla bərabər 14 nəfər məhkəmənin hökmü ilə həbs edilib.
Məlum olub ki, Varlık onunla müştəri kimi ünsiyyət quran polisə də saxta dollar satıb.
Telefon danışıqlarında şifrəli dildən istifadə edən və polisin təqib etməməsi üçün dolları “Benjamin” adlandıran təşkilat üzvləri indiyə qədər bazara təxminən 5 milyon dollar dəyərində saxta əskinas çıxardığı məlum olub.
Əməliyyat çərçivəsində təşkilatın üzvlərindən biri Azərbaycan əsilli Elmira A. Sabiha Gökçen Hava Limanında saxlanılıb. O, çanta dolu saxta valyutanı xaricə dövriyyəyə buraxmaq üçün apararkən yaxalanıb.
Təşkilatın xaricdə əməliyyatlarını – Elmira A. ilə birlikdə Özbəkistan vətəndaşları Farrukh J. və Mokhlaroyim G. tərəfindən həyata keçirildiyi müəyyən edilib.
Qeyd edək ki, təşkilatın “menecer”i Cemal Durdubaşın əməliyyatdan 4 gün əvvəl saxta pulla aldığı saxta içkidən zəhərləndiyi və aparıldığı xəstəxanada öldüyü məlum olub.
Durdubaşının ölümündən sonra Ensari Varlık və təşkilat üzvlərinin xəstəxanaya gedərək ailəsinə başsağlığı verdikləri də məlum olub.