backend

Azərbaycanlı oğlan almaniyalı həmcinsiylə evlənir – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəfəs LGBT Azərbaycan Alyansının sədri Cavid Nəbiyev Almaniyada ailə həyatı qurur. 

Nəfəs LGBT Azərbaycan Alyansının sədri Cavid Nəbiyev Almaniyada ailə həyatı qurur.

Bu gün azərbaycanlı homoseksualla almaniyalı həmcinsinin nikah mərasimidir. Bu barədə C. Nəbiyev bir neçə gün əvvəl özü də məlumat verib:”Nikah dairəsində gün təyin etməliyik. Amma mövzumuz odur ki, evlənəndən sonra kim kimin soyadını götürəcək?”

O evlənəcəyi şəxsin cinsini soruşanlara isə “kişi” cavabını verib.

BakiPost.az-a daxil olan məlumata görə eynicinslərin nikahı xeyli əvvəl baş tutmalıymış. Lakin C.Nəbiyevin sənədlərindəki çatışmazlıq buna maneə olub. Almaniyadaki aidiyyəti qurum ondan subaylıq haqqında arayış tələb edib. Nəbiyev isə bu arayışı Azərbaycandan ala bilməyib.

Qeyd edək ki, bir neçə il əvvəl Cavid Nəbiyev Azərbaycanda öz həmcinsi ilə nişanlanmışdı. Onların nişan xəbəri ictimailəşəndən sonra isə sevgililər ciddi təzyiqlərlə üzləşmişdi. Bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalaraq, Türkiyəyə üz tutmuşdular. Daha sonra isə C. Nəbiyev Almaniyaya yollanaraq orada yaşamağa başlayıb. İndi məlum olur ki, o Almaniyaya köçdükdən sonra nişanlısından ayrılıb. (bakipost.az)

Cavid Nəbiyevlə ailə qurduğu həmcinsinin fotolarını təqdim edirik: