Tribuna İnformasiya Agentliyi

Azərbaycanlı nazir İrəvana getməkdən imtina etdi

16 Noyabr

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin İrəvanda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək.  Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin İrəvanda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək. 

Bu barədə TİA.AZ-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, noyabrın 17-də İrəvanda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 8-ci qeyri-rəsmi görüşü keçiriləcək.

İrəvanda keçiriləcək görüşdə Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han və digər avropalı rəsmilər iştirak edəcək.

Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.