Azərbaycanlı modelə “çıxın, ölkənizə gedin” deyən keçmiş deputat kimdir? – DOSYEbackend

Azərbaycanlı modelə “çıxın, ölkənizə gedin” deyən keçmiş deputat kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Türkiyənin Bodrum şəhərində iş adamı, CHP-nin keçmiş millət vəkili Aydın Ayaydınla azərbaycanlı model Diana Ahadpur arasında qalmaqal yaşanıb.

Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, insidentə səbəb Əhədpurun 6 yaşlı oğlunun dənizə girib su sıçratmağa başlaması olub. Bu, Ayaydını özündən çıxarıb və o, uşağın üstünə qışqırıb. Oğlan ağlaya-ağlaya anasının yanına qaçıb.

Əhədpur dərhal kişiyə yaxınlaşıb və etirazını bildirib: “Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?”

Bunu eşidən Ayaydın modelə hücum çəkib və onu təhqir etməyə başlayıb: “Rədd olun gedin buradan. Gedin öz ölkənizə eş…lər”.

Aydın Ayaydının bioqrafiyasını təqdim edirik:

Aydın Ayaydın 1951-ci ildə Türkiyənin Mardin şəhərində anadan olub. İstanbul İqtisadiyyat və Ticarət Elmləri Akademiyasını bitirib. 1978 ITIA Biznes İdarəetmə Məktəbində, daha sonra İTİA İqtisadiyyat Fakültəsində assistent kimi işləməyə başlayıb. Marmara Universiteti Sosial Elmlər İnstitutunda 1983-cü ildə iqtisadiyyat üzrə magistr, 1985-ci ildə isə iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb.
 
Marmara Universiteti İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin Ekonometrika bölməsində 1986-cı ildə dosent, 1988-ci ildə dosent və 1993-cü ildə professor elmi adını alıb.
Onun inzibati vəzifələri isə bunlardır:
 
24-cü dövr İstanbul Millət vəkili, Plan və Büdcə Komitəsinin üzvü
İstanbul Millət vəkili olan Prof.Dr.Aydın Ayaydın Türkiyə Böyük Millət Məclisinin media problemlərini araşdırıb.
TBMM-də komissiyanın sədri və Plan Büdcə Komitəsinin üzvü
Rəqabət Şurasının Qurucu sədri
Türkiyə Banklar Birliyinin sədri
Emlakbank baş direktoru və İdarə Heyətinin sədri
Vakıfbank baş direktoru
Şekerbank-ın baş direktoru
İŞ Bankının İdarə Heyətinin üzvü
Türkiyə Sənaye İnkişaf Bankının İdarə Heyətinin üzvü
Türkiyə Sənaye İnvestisiya Bankının İdarə Heyətinin üzvü
Banque Du Bosphore İdarə Heyətinin üzvü (Paris)
Günəş Sığorta İdarə Heyətinin sədri
Hür Sığorta İdarə Heyətinin sədri
Şeker Sığorta İdarə Heyəti sədrinin müavini
 
Sarı mətbuat kartı olan Ayaydın “Təqvim”, “Sabah” və “Vətən” qəzetlərində iqtisadiyyat və siyasət sahəsində köşə yazıları yazmış, bu günə kimi 12 elmi kitab və yüzlərlə məqalə dərc etdirmişdir.
 
Vaxtilə “Beşiktaş”ın vitse-prezidenti və mətbuat sözçüsü vəzifəsini də icra edən Ayaydın evlidir və 3 övladı var.
azxeber.com