Azərbaycanlı milyarder-oliqarx yaxtasını satır-FOTObackend

Azərbaycanlı milyarder-oliqarx yaxtasını satır-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx və neft maqnatı, “Lukoil” neft şirkətinin rəhbəri Vahid Ələkbərov özünün “Galactica Super Nova” adlı superyaxtasını satışa çıxarıb. virtualaz.org xəbər verir ki, bu haqda “Boat İnternational” yazır.

“Galactica Super Nova” dünyada gövdəsi aliminiumdan hazırlanmış ən iri yaxtadır. Uzunluğu 70 metr təşkil edir və 2016-cı ildə Vahid Ələkbərovun sifarişi ilə hazırlanıb. Yaxtanın 75 milyon avroya, yaxud 88 milyon dollara satışa çıxarıldığı göstərilir.

Yaxta, əlbəttdə ki, dəbdəbəli interyerə malikdir. Onun göyərtəsində 12 qonağın yerləşə biləcəyi 6 kayut var. Gəmi sahibinin lüks kayutu isə burun hissəsində yerləşir. Yuxarı göyərtədə isə panoram görünüşlü VİP-apartamentlər, vanna otaqları, ayrıca kabinet və qonaq otağı var. Yaxtada istirahət zonası, hovuz və restoran da yer alır.

Vahid Ələkbərov Niderlandın “Heesen” tərsanəsində bu gəmini sifariş verəndə özünün 50 metrlik “Galactica” yaxtasını 19.5 milyon dollara satmışdı. İndi onun 70 metrlik yaxtanı satandan sonra hansısa yeni və daha böyük yaxta sifariş vermək niyyəti barədə məlumat verilmir.

 

Vahid Ələkbərov bu yaxtanı 88 milyona satır - Fotolar
Vahid Ələkbərov bu yaxtanı 88 milyona satır - Fotolar
Vahid Ələkbərov bu yaxtanı 88 milyona satır - Fotolar
Vahid Ələkbərov bu yaxtanı 88 milyona satır - Fotolar