Azərbaycanlı milyarder 1 gündə 419 milyon dollar itirdibackend

Azərbaycanlı milyarder 1 gündə 419 milyon dollar itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 1 gün ərzində 419 milyon dollar itirib.
TİA.AZ xəbər verir ki, yanvarın 28-də iş adamının sərvəti “Bloomberg Billionaires İndex”də 18,4 milyard dollar idisə, hazırda bu məbləğ 18 milyard dollara qədər azalıb. Fond bazarlarında qeyri-stabillik və koronavirus pandemiyası Ələkbərovun sərvətinin 24 saat ərzində 419 milyon dollar azalması ilə nəticələnib.
Xatirladaq ki, 70 yaşlı iş adamı Rusiyanın 6-cı, dünyanın isə 108-ci ən zəngin şəxsidir. Onun prezidenti olduğu “Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir.