Azərbaycanlı məşhur iş adamı dələduzluqda ittiham olunurbackend

Azərbaycanlı məşhur iş adamı dələduzluqda ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə azərbaycanlı iş adamı barəsində dələduzluq maddəsilə cinayət işi başlanılıb.

TİA.AZ Lent.az-a istinadən bildirir ki, söhbət Azərbaycan əsilli rusiyalı iş adamı İskəndər Xəlilovdan gedir. İddiaya görə, İ. Xəlilov ortağı olduğu turizm şirkəti “Desing Plus”u sahibi olduğu digər şirkət vasitəsilə 4 milyon lirə (təxminən 372 min 800 manat) aldadaraq, pulunu mənimsəyib.

Türkiyədə turizm sahəsinin qabaqcıl şirkətlərindən olan “Desing Plus”un sahibi Erdal Danyal bu ilin may ayında vəfat edib. Şirkətin səhmləri onun həyat yoldaşı Filiz və qızı Ayşe Danyallara qalıb. Digər ortaq isə tanınmış iş adamı İskəndər Xəlilov olub. Xəlilov həm də “Mra Turism”in də təsisçisi və idarə heyətinin sədridir.

İddiaya əsasən, “Desing Plus”un “Mra Turism”dən 4 milyon lirə (təxminən 372 min 800 manat” alacağı olub. Pulunu geri almaq istəyən “Desing Plus”un nümayəndələri məhkəməyə üz tutub. Qarşı tərəf isə məhkəməyə etiraz edərək, öz aralarında razılaşdıqlarını bildirib.

Yenə iddiaya görə, “Mra Turizm” tərəfindən 3 milyon 258 min lirəlik (303 min 645 manat) ödəniş edildiyini göstərən sənəd icra faylına təqdim edilib. Lakin “Desing Plus” sənədləri yoxlayarkən belə bir ödənişin həyata keçmədiyini müəyyən edib. Bundan sonra “Desing Plus”un rəhbərləri Filiz və Ayşe Danyallar prokurorluğa müraciətlərində iş adamı İskəndər Xəlilovu dələduzluqda ittiham edərək, şirkətə 4 milyon lirəlik (372 min 800 manat) məbləğində ziyan vurduğunu irəli sürüblər.

İddia ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.