Azərbaycanlı jurnalist Almaniyadan deportasiya edilirbackend

Azərbaycanlı jurnalist Almaniyadan deportasiya edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2017-ci ildən Almaniyada yaşayan azərbaycanlı jurnalist Röya Rəfili Azərbaycana deportasiya edilir.
Bunu xeber.de-yə jurnalistin özü deyib: “Deportasiya üçün evimizə gəldilər. Hazırda bizi Düsseldorf hava limanına aparırlar. Azərbaycana deportasiya edəcəklər”.
Məlumat üçün bildirək ki, Röya Rəfili Azərbaycanda ANS, “Yeni Müsavat” və “Kanal 13” kimi media quruluşlarında çalışıb. 2017-ci ildə Almaniyaya gələn R.Rəfili bu ölkədən sığınacaq istəyib.