Azərbaycanlı ilə evlənmək üçün yalan danışdıbackend

Azərbaycanlı ilə evlənmək üçün yalan danışdı

Rusiyanın Boloqovski rayon sakini olan qadın azərbaycanlı ilə saxta nikah bağlayıb.

Tvtver.ru-nun xəbərinə görə, bununla bağlı rayon prokurorluğundan məlumat verilib.

Onlar yazılı müraciət etdikdən sonra bir ay müddət tamam olmamış nikah bağlayıblar.

Buna səbəb cütlüyün qadının hamiləliyi haqqında sənəd təqdim etmələri olub.

Bundan sonra Miqrasiya İdarəsinə müraciət edən Azərbaycan vətəndaşı Rusiya ərazisində müvəqqəti yaşayış icazəsi alıb.

Sonradan qadının hamiləliyinin yalan olması aydınlaşıb.

Nəticədə qadına qarşı cinayət işi açılıb. Azərbaycanlı ilə bağladığı nikah isə qanunsuz hesab edilərək ləğv olunub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki