Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə öldü – FOTOLARbackend

Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə öldü – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə ölüb.
TİA.AZ Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı onun həkim dostu, tanınmış infeksionist Vasif Əliyev ictimailəşdirib.
Uzman həkim Elnur Rufullayev sentyabrın 6-da işdən sonra yolu keçmək istəyərkən avtomobil vurub. Nəticədə o, dünyasını dəyişib.
“Daim xatirələrdə gülərüz, xoş anlarla yadda qalacaqsan. Allah rəhmət eləsin. Ailəsinə səbr versin”, – həkim vurğulayıb.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı.