Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazandıbackend

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanlı güləşçi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
TİA.AZ xəbər verir ki, Olimpiadada Ukrayna yığmasını təmsil edən 23 yaşlı yunan-Roma güləşçisinin 67 kq çəki dərəcəsində həlledici rəqibi iranlı Gərai Məhəmmədreza olub.
Bir gün əvvəl 1/8 finaldan mübarizəyə qoşulan və 3 rəqibini məğlub edərək finala adlayan Nəsibov uğurlu çıxışını burada davam etdirə bilməyib. İranlı güləşçiyə 1:9 hesabı ilə məğlub olan həmyerlimiz gümüş mükafatla kifayətlənib və Olimpiya ikincisi olub.
Bu çəkidə bürünc medallar almaniyalı Frank Ger Staebler və misirli Məhəmməd Əlsayedə nəsib olub.