Azərbaycanlı gənc iş adamını öldürdü – Rusiyada DƏHŞƏTLİ qətlbackend

Azərbaycanlı gənc iş adamını öldürdü – Rusiyada DƏHŞƏTLİ qətl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 30 yaşlı Cəmil Abdullayev qətldə şübhəli bilinərək saxlanılıb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, o, Rusiyanın Voronej şəhərində törədilən qətldə ittiham olunur.

Məlumata görə, C.Abdullayev Voronejdə bir iş adamını döyərək öldürüb. Daha sonra onun meyitini palaza bükərək maşınına qoyub. Cəmil dərhal Voroneji tərk edib. Ancaq o, Moskvaya gedərkən yolda saxlanılıb.

Bildirilir ki, Abdullayev həmin iş adamını öldürdükdən sonra qarət edibmiş.

O, mərhumun üzərindən 5 milyon rublu ( təxmini 117 min manat ) götürərək aradan çıxıb.

Azərbaycanlı gənc iş adamını öldürdü

Qətldə şübhəli bilinərək saxlanılan Cəmil Abdullayev