Azərbaycanlı boksçu koronavirusdan öldü, səhəri də anası vəfat etdibackend

Azərbaycanlı boksçu koronavirusdan öldü, səhəri də anası vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda 37 yaşlı boksçu ad günündə koronavirusdan vəfat edib.

1983-cü il təvəllüdlü Ramin Qurbanov 10 gün öncə koronavirusa yoluxduğu aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib. İyunun 22-də doğum günü olub, dostları ona təbriklər yazıb, o da təbriklərlə bağlı paylaşım edib. Həmin gün axşam saatlarında koronavirusdan vəfat edib.

R. Qurbanov satış sahəsində fəaliyyət göstərsə də, peşəkar boksla məşğul olub, daim sağlam həyat tərzi keçirib.

Onun vəfatından bir gün sonra, iyunun 23-də anası Nazilə Qurbanova oğlunun ölümünə dözməyərək ürək tutmasından vəfat edib. Yaxınları onun talassemiya daşıyıcısı olduğunu bildirib. R. Qurbanovun 1 azyaşlı qızı var. Qızının isə talassemiya xəstəsi olduğu bildirilir.(qafqazinfo)