Azərbaycanlı atlet Türkiyədə dükan açıb pizza bişirdibackend

Azərbaycanlı atlet Türkiyədə dükan açıb pizza bişirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev özünə yeni biznes qurub.
Qaynarinfo xəbər verir ki, “Fənərbağça”nın üzvü olan Avropa və dünya çempionu pizza dükanı açıb. O, bu haqda DHA-ya açıqlamasında bildirib. Ankarada dükan açan 31 yaşlı atlet özü də mətbəxə girərək pizza bişirib.
Quliyev pizzanı çox sevdiyi üçün bu addımı atdığını bildirib:
“İdman həyatında yeməklər eynidir.  Pizza kimi yeməkləri yeməyə fürsət olmur. Amma gözəl hazırlanmış bir pizzanı çox sevirəm. Ona görə də pizza dükanı açdım. Türkiyədə yemək mədəniyyəti Azərbaycandakı kimidir. Ət yeməkləri, dönərlər çox var. Gözəl pizza seçimi isə azdır. Xaricə gedib yoxladığım və insanlara gözəl pizza seçimi təklif etmək üçün dükan açdıq. Hər sahədə çətinlik var amma biz qorxmuruq”.