Azərbaycanlı alim koronavirusun dərmanını tapdı (VİDEO)backend

Azərbaycanlı alim koronavirusun dərmanını tapdı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyədə yaşayan azərbaycanlı alim COVID-19-a qarşı peyvənd hazırlayıb. 
Baku TV xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov yeni ixtirasını təqdim edib. Alimin rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilərdən hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb.
“İstehsal etdiyimiz vaksin nümunələrinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVID-19 peyvənd nümunələrini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir,” – deyə alim bildirib.
T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.
Alimin yeni ixtirası insan qanının laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan Hemofiliya B irsi xəstəliyinin müalicəsi üçün böyük əhəmiyyət kəsb edir. Onun bu və digər mühüm ixtiraları yeni beynəlxalq patent kimi öz təsdiqini tapıb. Yeni innovasiya məhsullarının Azərbaycanda da sınağının keçirilməsi, eləcə də tətbiqi nəzərdə tutulur.