Azərbaycanlı aktyor anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat etdibackend

Azərbaycanlı aktyor anası ilə eyni yaşda, eyni xəstəlikdən vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.

Bu barədə mərhumun yaxın dostu, həmkarı Məcid Hüseynov məlumat verib. O, dəfnin saat 16:00-da olacağını bildirib.

Aktyorun sözlərinə görə, hadisə sırağagün gecə baş verib. Belə ki, 42 yaşlı R. Hüseynzadənin beyninə qan sızıb, o, təcili olaraq xəstəxanaya aparılıb:

“Sumqayıtda xəstəxanaya yerləşdirilib. Dünən saat 18:55-də orada dünyasını dəyişib. İki-üç gün əvvəl onunla danışmışdım. Anası da təzyiq problemindən əziyyət çəkib. Onunla eyni yaşda, eyni xəstəlikdən vəfat etdi”.