Azərbaycanın yeganə kolxozunda maraqlı təsərrüfat ənənəsi – VİDEObackend

Azərbaycanın yeganə kolxozunda maraqlı təsərrüfat ənənəsi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonu qədimliyi və qədimliyi qədər də özünəməxsusluğu ilə hər zaman diqqət mərkəzindədir.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun İvanovka kəndində kənd təsərrüfatı ilə bağlı maraqlı ayin keçirilir.

Belə ki, sakinlər əkin sahələrində işə başlamazdan öncə dualar edir və bu yolla məhsuldarlığın yüksək olacağına inanırlar. İsmayıllının İvanovka kəndində taxıl biçinindən öncə xüsusi dini ayinlər oxunur. Bu, malakanlar tərəfindən əsrlərdir qorunub saxlanılan ənənədir. Kəndin ağsaqqalları məhsulun bol, bərəkətli olması, fəlakətlərdən qorunması üçün allaha dua edirlər.

“Dünyanın tək sahibi olan Uca Allahdan məmləkətimiz, güclənən dövlətimiz və xalqımızı qorumağı diləyirik. Bərəkətimiz bol, sağlığımız möhkəm olsun!” – duaları ayinlərin əsas məğzini təşkil edir.

Nikitin adına kolxozun ərazisində ümumən 3 700 hektarlıq sahədə taxıl əkilib. Məhsulun təxminən 30 sentner həcmində gözlənilir.

Biçiləcək ot sahəsi 280 hektardır. İndiyə qədər silos üçün 1 425 tonluq ot əldə olunub. Sakinlər inanırlar ki, məhsuldarlığın bu cür bol olmasında təsərrüfat ayininin, o cümlədən duaların rolu böyükdür.