Azərbaycanın Ukraynadakı keçmiş səfiri axtarışa verilibbackend

Azərbaycanın Ukraynadakı keçmiş səfiri axtarışa verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.

TİA.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.

79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirləndirilir.

Qeyd edək ki, Tələt Müseyib oğlu Əliyev 1942-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışıb. T.Əliyev eyni zamanda 2002-2006-cı illərdə Azərbaycanın Belarus və Moldovada da səfiri işləyib.