Azərbaycanın üç para-cüdoçusu Tokio-2020-nin finalına vəsiqə qazanıbbackend

Azərbaycanın üç para-cüdoçusu Tokio-2020-nin finalına vəsiqə qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio-2020 Yay Paralimpiya Oyunlarında qadınlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang’a qalib gələrək finala vəsiqə qazanıb.

Bu barədə TİA.AZ Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lee’yə qalib gələrək finala vəsiqə qazanıb.

Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelik’ə qalib gələrək finala vəsiqə qazanıb.