Azərbaycanın Milli parklarında piknik yerləri üçün ərazilər ayrılıbbackend

Azərbaycanın Milli parklarında piknik yerləri üçün ərazilər ayrılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli parklarda pikniklər üçün yerlər ayrılıb.

TİA.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Səmədova deyib.

Onun sözlərinə görə, istənilən şəxs Milli Parka daxil olub orada piknik üçün ayrılan yerlərdən istifadə edə bilər: “Parka daxil olan şəxslər üçün piknik yerlərindən istifadə sərbəstdir. Həmin ayrılan ərazilərdə piknik yerləri üçün lazımi şərait yaradılıb”.

Milli Parklara girişin ödənişli olmasına gəlincə isə A. Səmədova bildirib ki, bu proses dünya təcrübəsində var: “Milli Parklara girişin ödənişli olması bütün dünyada qəbul olunub. Nazirlər Kabinetinin Milli Parklara girişin ödənişli olması barədə qərarı var: “Qərara görə, Milli Parlklara, təbiaət qoruqlarına daxil olmaq üçün 2 manat ödəniş rüsumu nəzərdə tutulub. Vətəndaşlar bu məbləği ödəməklə həm də təbiət qoruğuna töhvə vermiş olur. Milli Parklara daxil olma prosesində tələbə və əlillər üçün güzəştlər də tətbiq edilib. Bu təbəqədən olan şəxslər Milli Parklara daxil olarkən onlara ödənişdə 25 faiz güzəşt edilir. Milli Parklara turistlər gəlir. Azərbaycana gələn turistlər də Milli Parklara səfər edirlər”