Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-ə çatıbbackend

Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Şahmat Federasiyası (FİDE) bir qrup şahmatçıların titulunu rəsmi qaydada təsdiqləyib.

Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətindən TİA.AZ-a verilən məlumata görə, Sloveniyadakı şəxsi Avropa çempionatından sonra Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib.

FİDE eyni zamanda Məhəmməd Muradlını beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib.

Qeyd edək ki, Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşüb.